AZ

Gürcüstandan Ermənistana tərs şillə

Gürcüstan Fransanın "SEZAR" özüyeriyən silahlarının Ermənistana daxil olmasına icazə verməyib.
 
Moderator.az  musavat.com-a istinadla xəbər verir ki, bu barədə politoloq Qurgen Simonyan məlumat verib.
 
"Bəziləri Qərb silahlarının Gürcüstandan keçərək Ermənistana daxil olduğunu iddia edir. Onda nə üçün "SEZAR" hələ də Poti və ya Gürcüstanda başqa bir yerdədir?" - deyə Simonyan sual edib.
 
Onun fikrincə, Ermənistan ABŞ-ın dövlət katibi Antoni Blinkenin göstərişini gözləməlidir.
 
Politoloqun sözlərinə görə, Blinken Gürcüstanla qarşıdurmaya işarə edir:
 
"Ermənistan hökumətinin yerində olsam, Dövlət Departamentinin mövqeyini gözləyərdim. Blinkenin bəyanatlarında seçkilərlə bağlı təbriklərin olmadığını, əksinə, mümkün qarşıdurmaya işarə etdiyini hiss etdinizmi?"
Seçilən
29
34
moderator.az

10Mənbələr