AZ

Siyasiləşmiş “ekoloq” Ermənistana səfər edib

Bütün dünyaya “ekoloq və aktivist” kimi sırınan isveçli Greta Tunberq hazırda Ermənistandadır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə "İcma Həmrəyliyi və Dəstək Mərkəzi" İctimai Təşkilatının sədri Oleq Dülgəryan məlumat verib.

“Bu gün böyük məsuliyyət və məmnuniyyət hissi ilə həmkarlarımla birlikdə Ermənistan-Gürcüstan sərhədində İsveçli ekoloji aktivist Greta Tunberqi qarşıladıq. O, Bakıda keçiriləcək COP29-u boykot edərək Ermənistana gəlib. Tezliklə gələcək proseslər barədə məlumat veriləcək,” – deyə o yazıb.

Qeyd edək ki, özünü “ətraf mühtin müdafiəçisi” kimi qələmə verən bu gənc qız indi Azərbaycan və Türkiyə əleyhinə erməni tezislərini təkrarlayır, ekologiya ilə əlaqəsi olmayan sahələr üzrə bəyanatlar verir.

 

Musavat.com

Seçilən
11
34
musavat.com

10Mənbələr