AZ

Avropada istixana qazlarının həcmi azalıb

2023-cü ildə Avropa İttifaqında atmosferə atılan istixana qazlarının həcmi 8,3 faiz azalıb. SİA xəbər verir ki, statistikanı Avropa Komissiyası yayıb. Bildirilib ki, bu, son 10 ildə ən yaxşı göstəricidir. Yalnız 2020-ci ildə azalma 9,8 faiz olmuşdu ki, bu da koronavirus pandemiyası dövrünə təsadüf edir.

İstixana qazlarının ən çox hasil olduğu ölkələrdən olan ABŞ-da azalma cəmi 1,4 faizdir. Hindistanda isə, bunun əksinə 6,1 faizlik artım qeydə alınıb.

Avropa Ətraf Mühit Agentliyi bildirir ki, 1990-cı illə müqayisədə İttifaqda istixana qazlarının həcmi 37 azalıb. Lakin 2030 və 2050-ci il hədəflərinə çatmaq üçün hələ çox iş görülməlidir.

Seçilən
37
4
sia.az

5Mənbələr