2023-cü ildə Avropa İttifaqında atmosferə atılan istixana qazlarının həcmi 8,3 faiz azalıb.
APA xəbər verir ki, bu barədə statistikanı Avropa Komissiyası yayıb.
Avropada istixana qazlarının həcmi azalıbBildirilib ki, bu, son 10 ildə ən yaxşı göstəricidir. Yalnız 2020-ci ildə azalma 9,8 faiz olmuşdu ki, bu da koronavirus pandemiyası dövrünə təsadüf edir.
İstixana qazlarının ən çox hasil olduğu ölkələrdən olan ABŞ-da azalma cəmi 1,4 faizdir. Hindistanda isə, bunun əksinə 6,1 faizlik artım qeydə alınıb.
Avropa Ətraf Mühit Agentliyi bildirir ki, 1990-cı illə müqayisədə İttifaqda istixana qazlarının həcmi 37 azalıb. Lakin 2030 və 2050-ci il hədəflərinə çatmaq üçün hələ çox iş görülməlidir.