AZ

Spikerdən deputatlara İRAD: “Çıxış edərkən statistik rəqəmlərə istinad edin”

“Çıxış edərkən statistik rəqəmlərə istinad edin”.

Bizim,Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafaraova parlamentin bugünkü iclasında deputat Aqil Abbas Səyyad Salahlının ölkədə həkim çatışmazlığı və bölgələrdə bu problemin daha çox olduğu haqqında çıxışlarına münasibət bildirərkən deyib.


Parlamentin spikeri isə hər iki deputata statistik məlumatlara istinad etmədən çıxış etdikləri üçün irad tutub:
 

“Rayonların adını çəkirsiniz, əlinizdə elə bir fakt varmı? Çıxış edəndə statistik rəqəmlərə və rəsmi məlumatlara istinad edin. Sizin bu fikirlərinizdən elə çıxır ki, ölkədə səhiyyə sistemi tamamilə yoxdur”.


Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsinin ikinci oxunuşunda çıxış edən hər iki deputat bölgələrdə həkim çatışmazlığının olduğunu qeyd ediblər.

Günay Şahmar, Bizim.Media

Seçilən
12
16
bizim.media

10Mənbələr