Özəl uşaq müəssisələrdə keyfiyyət aşağıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicra Hüseynova bildirib.
"Bununla bağlı valideynlərdən müraciətlər olur. Mediada bu barədə məlumatalara rast gəlinir. Kadrların qeyri-peşəkarlığı uşaqların hüquqlarının pozulması hallarına səbəb olur. Artıq qeyri-dövlət uşaq müəssisələrində də monitorinq ediləcək, monitorinq 18 yaşa qədər hər kəsə şamil ediləcək",-Hicran Hüseynova deyib.