Macarıstanın baş naziri Viktor Orbanın ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı Avropa İttifaqının (Aİ) sammitinə dəvət etmək planı birlik liderlərini qıcıqlandıracaq.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” avropalı diplomatlara istinadən yazıb.
“Orban, Trampdan gələn həftə Budapeştdə keçiriləcək sammitə video bağlantı vasitəsilə qoşulmağı və ya əvvəlcədən yazılmış video mesajı paylaşmağı xahiş edə bilər”, - məlumatda deyilir.
Daha əvvəl Orban Trampla telefon danışığı apardığını və ona prezident seçkilərində qələbə arzuladığını bildirib.