Avropa İttifaqı ölkələrinin liderləri bloka üzv ölkələrin liderlərinin qarşıdan gələn sammitində Macarıstan prezidenti Viktor Orbanı “bloklamaq” qərarına gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, dövlət başçılarının görüşü Orbanın Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə görüşündən bir həftə sonra Budapeştdə baş tutacaq.
Əvvəlcə bəzi ölkə liderləri sammiti boykot etməyi təklif etdilər, lakin tezliklə bunu yanlış fikir hesab etdilər və 8 noyabr iclasında Orbanı təcrid etmək qərarına gəldilər.
Müəllif: Arzu