Dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən fasilə verilən gəmi gəzintisi bərpa olunub.
Publika.az xəbər verir ki, aparılan işlər nəticəsində gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşib.
Əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni marşurut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir.
İnsanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq, gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq, Bulvar İdarəsi əvvəlki qiymətləri saxlayıb. Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib.