AZ

2 illik fasilədən sonra gəmi gəzintisində – Qiymətlər

“Dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi. İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparıldı, nəticəsində gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdi”.

Bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib.

Ə.Mehdiyeva qeyd edib ki, əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni maaşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək:

“Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir. İnsanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq, gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətləri saxlayıb. Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib. Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xdməti təmin edir”.

 

Seçilən
12
9
tribunainfo.az

10Mənbələr