UEFA "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.
"Football-plus.az" "Report"a istinadən xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun matçında qırmızı vərəqə alması səbəb olub. Görüşü idarə edən şotlandiyalı FİFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib. O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta