AZ

UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırıb

UEFA "Qarabağ"ın məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.

Buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.

Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.

O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.

Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.

Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Budö-Qlimt"in qonağı olacaq.

Seçilən
46
35
cbcsport.az

10Mənbələr