8 noyabr – Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunacaq.
Belə ki, noyabrın 6-da “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutacaq.
Nümayiş Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Kraton clinik” və digər təşkilatların dəstəyi ilə reallaşacaq.
Nümayişdən öncə “Qadın, sülh, zəfər” adlı rəsm sərgisi də təşkil olunacaq. Burada sənətsevərlər türkiyəli rəssamların müharibə və qadın mövzusundakı rəsm əsərlərini izləyəcəklər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan film 2021-ci ildə istehsal olunub.