AZ

“Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunacaq

8 Noyabr - Zəfər Günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən "Köhnə çamadanlar" filmi Türkiyədə nümayiş olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 6-da "CSO Ada"- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası reallaşacaq.

Filmin nümayişi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, AHİD - Ankaralılar Dərnəyi, eləcə də Altındağ bələdiyyəsi, Qazi Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, "Çinar" qadınlar təşkilatı, "Kraton clinik" və digər təşkilatların dəstəyi ilə reallaşacaq. Filmin nümayişindən əvvəl "Qadın, sülh, zəfər" adlı rəsm sərgisi keçiriləcək.

Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və digər aktyorlar canlandırıblar. Həmçinin filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.

Müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən "Köhnə çamadanlar" tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
13
15
milli.az

10Mənbələr