Böyük Britaniya Baş naziri Kir Starmer Kemi Beydnoku Britaniya parlamentində partiyaya rəhbərlik edən ilk qaradərili siyasətçi olması münasibətilə təbrik edib.
Azpost.info xəbər verir ki, bu barədə Starmer X-də Beydnok müxalifətdəki Mühafizəkarlar Partiyasının lideri seçildikdən sonra yazıb.
“Partiyanın ilk qaradərili liderinin olması ölkəmiz üçün qürurverici bir məqamdır. Britaniya xalqının maraqları naminə sizinlə və partiyanızla işləməyi səbirsizliklə gözləyirəm”, – Starmer bildirib.
Azpost.info