Böyük Britaniyanın keçmiş biznes və ticarət naziri Kemi Badenok Mühafizəkarlar Partiyasının yeni lideri seçkilərində qalib gəlib.
Bu barədə İqtisadiyyat.az “Reuters”ə istinadən xəbər verir.
Rişi Sunakın xələfinin seçimlərinin yekun mərhələsində torilərin rəhbəri postu uğrunda iki namizəd mübarizə aparıb: Kemi Badenok və keçmiş miqrasiya naziri Robert Cenrik.
Son turda səsvermə təkcə İcmalar Palatasının üzvləri yox, bütün partiya üzvləri üçün açıq olub. Səsvermənin nəticələrinə görə, Badenok səs çoxluğunu toplayaraq qalib gəlib.