İranda zəlzələ baş verdi
İranın şimalında, Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
“Yerin 11 kilometr altında baş verən 4,8 bal gücündə zəlzələ Semnan əyalətinin Germsar şəhərində baş verib”, - məlumatda qeyd edilib.
Germsarın prefekti Rza Hani hadisə ilə əlaqədar bir neçə yaşayış binasında elektrik enerjisinin və internetin kəsildiyinə aydınlıq gətirib.