AZ

İranda zəlzələ oldu – Xəsarət alanlar var


İranın şimalında, Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
“Yerin 11 kilometr altında baş verən 4,8 bal gücündə zəlzələ Semnan əyalətinin Germsar şəhərində baş verib”, - məlumatda qeyd edilib.
Germsarın prefekti Rza Hani hadisə ilə əlaqədar bir neçə yaşayış binasında elektrik enerjisinin və internetin kəsildiyinə aydınlıq gətirib.
Zəlzələ Tehranda, eləcə də onun yaxınlığındakı Kerec və Qum şəhərlərində də hiss olunub.
Seçilən
22
3
yeniavaz.com

4Mənbələr