AZ

Azərbaycanın daha bir boksçusu dünya birinciliyində gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycan boksçusu Əli Abdullayev Monteneqronun Budva şəhərindəgənclər arasında keçirilən dünya birinciliyində gümüş medalqazanıb.

Trend-inməlumatına görə, 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparanidmançı finalda Abdulaziz Jurakulovla (Özbəkistan) qarşılaşıb.

Görüş üçüncü raundda hakimlərin qərarı ilə dayandırılıb və rəqibqalib elan edilib. Nəticədə Abdullayev mundialı ikinci pillədəbitirib.

Bununla da Azərbaycan millisi dünya birinciliyini 5 medalla başavurub. Əlidən öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) gümüş,Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zidan Hümbətov (51 kiloqram)və Aynur Mikayılova (57 kiloqram) bürünc mükafata sahibçıxıblar.

Qeyd edək ki, yığmamız medal sayında mundiallar tarixində özününən yaxşı göstəricisinə imza atıb.

Məqalədə:
Seçilən
24
5
az.trend.az

10Mənbələr