AZ

Daha bir boksçusumuz dünya birinciliyində gümüş medal qazanıb

Image

Azərbaycan boksçusu Əli Abdullayev Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində gümüş medal qazanıb. Belə ki, 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Abdulaziz Jurakulovla (Özbəkistan) qarşılaşıb. Görüş üçüncü raundda hakimlərin qərarı ilə dayandırılıb və rəqib qalib elan edilib. Nəticədə Abdullayev mundialı ikinci pillədə bitirib.

Bununla da Azərbaycan millisi dünya birinciliyini 5 medalla başa vurub. Əlidən öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) gümüş, Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zidan Hümbətov (51 kiloqram) və Aynur Mikayılova (57 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Mətləb






Seçilən
18
5
baki-xeber.com

10Mənbələr