21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri başqa vaxta keçirilib.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qərar hər iki tərəfin qarşılıqlı razılığı əsasında verilib.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.