21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri başqa vaxta keçirilib.
İdman.biz xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılığı əsasında baş tutub.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.
İdman.biz