UEFA-nın himayəsi altında keçiriləcək qarşıdakı oyunlar İspaniyada daşqın qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürəcək.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Qarabağ” klubu da bu həftə avrokubok matçına çıxacaq. Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə “Bodo Qlimt”lə (Norveç) qarşılaşacaq. Noyabrın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.