AZ

Bu gecə Şimali Koreya ən azı 7 qısa mənzilli ballistik raket buraxıb

KXDR 400 km-ə qədər mənzil və təxminən 100 km uçuş hündürlüyünə malik ən azı 7 ballistik raket buraxıb və bunların hamısı Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb...

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib.

“Bu gün KXDR şimal-şərq istiqamətində qısa mənzilli ballistik raket buraxıb. Ən azı 7 raket atılıb. Onların uçuş hündürlüyü təqribən 100 kilometrə çatıb, uçuş məsafəsi isə 400 kilometr olub”, deyə yaponiyalı nazir qeyd edib.

Nakatani əlavə edib ki, Yaponiya hökuməti raket buraxılışları ilə bağlı KXDR-ə kəskin etiraz göndərib və vəziyyəti “tamamilə qəbuledilməz” adlandırıb.

Yaponiya Sahil Mühafizəsi bu gün Yaponiya vaxtı ilə səhər saat 7:30-da Şimali Koreyadan mümkün raket buraxılışı ilə bağlı xəbərdarlıq edib. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Pxenyanın Hvanqhae əyalətindəki Sarivon bölgəsindən qısa mənzilli raketlər atdığını bildirib. Departament raketlərin sayını dəqiqləşdirməyib. Yonhap Agentliyi qeyd edib ki, buraxılış ABŞ-da prezident seçkilərinin başlamasına bir neçə saat qalmış baş tutub.

Poliqon.info

Seçilən
51
4
poliqon.info

5Mənbələr