Şimali Koreya 400 km-ə qədər mənzil və təxminən 100 km uçuş hündürlüyünə malik ən azı 7 ballistik raket buraxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib.
Onun sözlərinə görə, raketlərin hamısı Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb.
“Bu gün KXDR şimal-şərq istiqamətində qısa mənzilli ballistik raket buraxıb... Ən azı 7 raket atılıb. Onların uçuş hündürlüyü təqribən 100 kilometrə, uçuş məsafəsi isə 400 kilometrə çatdı”, yaponiyalı nazir deyib.
Nakatani əlavə edib ki, Yaponiya hökuməti raket buraxılışları ilə bağlı KXDR-ə kəskin etiraz göndərib və bunu “tamamilə qəbuledilməz” adlandırıb.
Xatırladaq ki, oktyabrın 31-nə keçən gecə Şimali Koreya özünün ən yeni qitələrarası ballistik raketi "Hwasong-19"u buraxıb.