Donald Tramp Miçiqan ştatında rekord sayda müsəlman və ərəb seçicisinin dəstəyini aldığını iddia edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tramp, \"X” sosial şəbəkə hesabındakı paylaşımında ABŞ-ın siyasi tarixində ən böyük və ən geniş koalisiyanı qurduqlarını iddia edib.
ABŞ-nin keçmiş prezidenti, Harris və kabinetinin Yaxın Şərqi işğal edəcəyindən, milyonlarla müsəlmanın ölümünə səbəb olacağından və III Dünya Müharibəsini başladacağından xəbərdar olduğunu qeyd edərək, Miçiqandakı ərəb və müsəlman seçicilərdən dəstək istəyib.
Qeyd edək ki, ABŞ-nin ştatlarından biri olan Miçiqanda 250 minə yaxın ərəb və amerikalı müsəlman yaşayır.
Cəmalə