ABŞ-də prezident seçkilərinin Respublikaçı namizədi Tramp Miçiqan ştatında rekord sayda müsəlmanın dəstəyini aldığını iddia edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqan ştatında rekord sayda müsəlman və ərəb seçicinin dəstəyini aldığını iddia edib.
X sosial media platformasındakı paylaşımında Tramp Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kabinetini “istirahətçilər” adlandırıb.
ABŞ-nin siyasi tarixində ən böyük və ən geniş koalisiyanı qurduqlarını iddia edən Tramp qeyd edib:
"Bura Miçiqanda sülh istəyən rekord sayda ərəb və müsəlman seçici daxildir”.
Əli Hüseynov