Avstraliya hökuməti Ukraynaya dəyəri 9 milyon dollardan çox olan pulsuz 14 hərbi kater göndərəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib.
Müdafiə naziri qeyd edib ki, yeni hərbi yardım paketi Ukraynaya dəniz təhlükəsizliyini gücləndirməyə və sahil mühafizəsini təmin etməyə imkan verəcək: “Avstraliya silahlı qüvvələrinə məxsus olan sürətli və manevrli qayıqlar Ukrayna Silahlı Qüvvələrinin dəniz imkanlarını artıracaq və Qara dənizdə Rusiyanın hücumlarını dəf etməyə kömək edəcək”.
Riçard Marlz həmçinin xatırladıb ki, Kanberranın Kiyevə göstərdiyi hərbi yardımın ümumi məbləği 1,3 milyard Avstraliya dollarını (856 milyon dollar) ötür. Hərbi yardımdan əlavə, 200 milyon Avstraliya dolları (təxminən 131 milyon dollar) humanitar yardım olaraq göndərilib.
Bəxtiyar CƏFƏRLİ