2024-cü ildə 50-dən çox dövlət Ukraynaya hərbi yardım edib.
Axar.az xəbər verir ki, bu barədə İsveçrədə səfərdə olan Çexiya Prezidenti Petr Pavel deyib.
“Bu il 50-dən çox dövlət Ukraynaya müxtəlif hərbi yardımlar göstərib”, - deyə o bildirib.
Prezident əlavə edib ki, Rusiyanın Ukraynadakı fəaliyyəti sülh üçün ən böyük təhlükədir.