AZ

Əlicançay su anbarında tikinti işləri davam edir - Fotolar

Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir.

“Qafqazinfo” xəbər verir ki, anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.

Əlicançay su anbarının ümumi tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir. Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 hektar yeni torpaq sahəsi su ilə təmin olunacaq. Ümumilikdə 33000 hektar əkin sahəsinin su ilə tam təminatı həyata keçiriləcək.

Şəki və Oğuz rayonları ərazisində yerləşən su anbarında tikinti işlərinin yerinə yetirilməsi üçün hazırlıq işləri tamamlanıb, göl ərazisinin təmizlənməsi, dib suburaxanın xəndəyinin, bənd özülünün, gil, qum-çınqıl karxanalarının üst qatının və sel sutullayıcısının qazma işləri davam edir.




Seçilən
13
26
qafqazinfo.az

10Mənbələr