Bakı. Trend:
Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçünhər şeyi edir.
Trend Kremlin rəsmi saytınaistinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının PrezidentiVladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev vədigər ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdikdən sonradeyib.
“Biz Cənubi Qafqazda daimi sülhün təmin olunması,Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyietmişik və etməkdəyik. 2020-2022-ci illərdə imzalanmış məlumüçtərəfli razılaşmalar çərçivəsində sülh sazişi üzərində, dövlətsərhədinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrininbərpası istiqamətində işlərə gələcəkdə də dəstək göstərəcəyik”, - obildirib.
Putin Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilənBRİCS sammitinin imkanlarından istifadə edərək bölgədə daimi sülhvə millətlərarası razılığa dair əsas məsələlər barədə faydalımüzakirə aparmalarından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, 24 oktyabr tarixində Qazanda keçirilən 16-cı BRİKSsammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baştutub.
Tərəflər sülh müqaviləsi, sərhədlərin delimitasiyası vədemarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələlərdə daxilolmaqla ikitərəfli sülh çağırışının təşviqini müzakirə ediblər.Xarici işlər nazirlərinə Sülh Sazişi və dövlətlərarasımünasibətlərin qurulmasına dair ikitərəfli danışıqları davametdirmək, sazişin tezliklə yekunlaşdırılaraq imzalanmasını təminetmək üçün təlimatlar verilib.