AZ

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi edir - Putin

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi edir.

Olaylar Kremlin rəsmi saytına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və digər ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdikdən sonra deyib.

"Biz Cənubi Qafqazda daimi sülhün təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi etmişik və etməkdəyik. 2020-2022-ci illərdə imzalanmış məlum üçtərəfli razılaşmalar çərçivəsində sülh sazişi üzərində, dövlət sərhədinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərə gələcəkdə də dəstək göstərəcəyik", - o bildirib.

Putin Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİCS sammitinin imkanlarından istifadə edərək bölgədə daimi sülh və millətlərarası razılığa dair əsas məsələlər barədə faydalı müzakirə aparmalarından məmnunluğunu ifadə edib.

Qeyd edək ki, 24 oktyabr tarixində Qazanda keçirilən 16-cı BRİKS sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Tərəflər sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələlərdə daxil olmaqla ikitərəfli sülh çağırışının təşviqini müzakirə ediblər. Xarici işlər nazirlərinə Sülh Sazişi və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli danışıqları davam etdirmək, sazişin tezliklə yekunlaşdırılaraq imzalanmasını təmin etmək üçün təlimatlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
50
olaylar.az

10Mənbələr