Xalq artisti Flora Kərimovanın səhhəti normaldır.
Editor.az xəbər verir ki, bu barədə baku.ws–ə açıqlamasında sənətçinin köməkçisi Yaqut xanım bildirib. O Kərimovanın xəstəxanaya analiz üçün getdiiyini qeyd edib:
“Flora xanımın səhhəti yaxşıdır. Vəziyyəti elə də ağır deyil. Hazırda evdədir. Normal formada dərmanlarını qəbul edir. Bu qədər şişirtməyə ehtiyac yoxdur. Xəstəxanaya analiz üçün gedib. Bunu hamı edir”.