Xalq artisti Flora Kərimovanın səhhətində yaranmış problemlərə aydınlıq gətirilib.
Müğənninin köməkçisi Yaqut xanım Flora Kərimovanın səhhətinin yaxşı olduğunu və narahatçılığa əsas olmadığını diqqətə çatdırıb:
"İl ərzində Flora xanım iki dəfə müayinə olunur. İki dəfə mikroinsult olub, ürəyinin aritimiyası var. Mütləq qan analizləri verilməlidir. Bütun bu prosedurlar xəstəxanada aparılmalıdır. Buna görə də Flora xanım xəstəxanaya getməlidir. Bunu eşidib problemi şişirdiblər.
Televiziya verilişinə bu səbəbə görə qatıla bilməyib. Bundan istifadə edib "Flora xanımın səhhətində problemlər yaranıb” deyə məsələni şişirtdilər”.
Yaqut xanım bütün deyilənlərdən Flora Kərimovanının xəbəri olduğunu vurğulayıb: "Hamısını oxuyub. Flora xanım özünü yaxşı hiss edir”.
Qeyd edək ki, noyabrın 5-də mətbuatda Flora Kərimovanın səhhətində ağır problemlərin yaranması ilə bağlı məlumat yayılıb.