Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.BUTA.TV xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qayınının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.