Sumqayıtda qadın qaynının arvadını bıçaqlayıb
Sumqayıtda qadını bıçaqlayan qayın arvadı saxlanılıb.
Reyting.az xəbər verir ki, 12-ci mikrorayonunda yaşayan 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.
Ruhanə Quluzadə isə saxlanılıb.