AZ

Qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bir küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə  Oxu24.com  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə C. Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
44
32
oxu24.com

10Mənbələr