AZ

Nərimanovda bir küçədə qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bir küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 7News.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə C. Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
 

Seçilən
25
32
7news.az

10Mənbələr