AZ

MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katibləri toplanır

Noyabr ayının 7-də Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin illik 12-ci iclası keçiriləcək. 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

"Şoyqu beynəlxalq, regional və milli təhlükəsizlik sahəsində vəziyyətlə bağlı məruzə edəcək, MDB məkanında çağırış və təhdidlərə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verəcək", - məlumatda deyilir.

İclasda MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katibləri, MDB-nin baş katibi Sergey Lebedev və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcəklər. 

Qeyd olunub ki, görüşdə informasiya təhlükəsizliyi və Əfqanıstanla qarşılıqlı fəaliyyət problemləri ayrıca nəzərdən keçiriləcək. Gündəliyə Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq üçün MDB-yə üzv dövlətlərin birgə tədbirləri ilə bağlı məsələlər də daxildir.

Seçilən
23
1
modern.az

10Mənbələr