AZ

Bu DSK-ların tərkibində dəyişiklik edildi

Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub.

Axar.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

5 saylı Babək-Naxçıvan-Culfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat etdiyi üçün onun yerinə Cahangir Seyidovun təyin edilməsi təklif edilib.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb.

Rövşən Vəliyevin 41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsinə, Cavid Binnətovun isə 83 saylı Beyləqan seçki dairəsinə üzv seçilməsi təklif edilib.

Qeyd olunan qərarlar səsə qoyularaq qəbul edilib.

Seçilən
13
20
axar.az

10Mənbələr