AZ

Bu nəqliyyat vasitələri COP29 zolaqlarından İSTİFADƏ EDƏ BİLƏCƏK

Təcili tibbi yardım maşınlarının Bakının avtomobil yollarındakı COP29 zolaqlarından istifadə etməsinə icazə veriləcək.

Titul.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov bildirib.

O həmçinin əlavə edib ki, COP29 zamanı daha çox sərnişin axını olan "28 May", "Elmlər Akademiyası" və "Koroğlu" stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək: "Buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir. Həmçinin COP29-la əlaqədar 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
12
33
titul.az

10Mənbələr