AZ

Təcili tibbi yardım maşınları  COP29 zolaqlarından istifadə edə biləcək

Təcili Təcili tibbi yardım maşınları

"Təcili tibbi yardım maşınlarının Bakının avtomobil yollarındakı COP29 zolaqlarından istifadə etməsinə icazə veriləcək".

E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov bildirib.

O həmçinin əlavə edib ki, COP29 zamanı daha çox sərnişin axını olan metronun "28 May", "Elmlər" və "Koroğlu" stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək:

"Buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir. Həmçinin COP29-la əlaqədar 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub".

E-saglam.az

Seçilən
8
33
e-saglam.az

10Mənbələr