Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Bu barədə Penitensiar xidmətdən məlumat verilib.
Əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az