Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) əməliyyat keçirib, narkotik aşkarlanıb.
Penitensiar xidmətdən Mia.az-a bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb.