AZ

"Sabah" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

style='margin-bottom:10px;'>

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, Adino Mustedanaqiçin komandası Bakıda "Bazel"lə qarşılaşıb.

Görüş İsveçrə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Bakı klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasındakı ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanıb.

6 noyabr

18:00.“Sabah” (Azərbaycan) – “Bazel” (İsveçrə) - 1:2

Baş hakim: Rustam Omarov (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov

ASCO Arena

Seçilən
5
2
teleqraf.com

4Mənbələr