"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
“Football-plus.az” xəbər verir ki, Adino Mustedanaqiçin komandası Bakıda "Bazel"lə qarşılaşıb.
Görüş İsveçrə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Bakı klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, komandalar arasındakı ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanıb.
6 noyabr
18.00.“Sabah” (Azərbaycan) – “Bazel” (İsveçrə) - 1:2
Baş hakim: Rustam Omarov (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov
ASCO Arena
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta