AZ

Sürpriz: Batya Trampı təbrik etdi - Putinin istəyidir?

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözlər Belarus lideri Aleksandr Lukaşenkonun Donald Trampa təbrikində əksini tapıb.

“Bu il görünməmiş mübarizə şəraitində keçən səsvermənin nəticələri sizin şəxsi şücaətinizin təcəssümü oldu. Siz bunu ilk növbədə Amerika və onun vətəndaşları adına həyata keçirdiniz. Sizə cansağlığı, Amerikanı yenidən möhtəşəm edəcək ağıllı siyasi qərarlar arzulayıram”, - Lukaşenkonun təbrikində deyilir.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Donald Trampı təbrik etmək haqda düşünmədiyini açıqlayıb. Bu baxımdan Rusiyanın ən yaxın müttəfiqinin təbriki diqqət çəkir. Belə ki, Lukaşenko adətən Putinin demək istədiyi, ancaq hansısa səbəbdən deyə bilmədiklərini dilə gətirir.

Seçilən
2
5
axar.az

8Mənbələr