Belarus Prezidenti Aleksandr Lukaşenko Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"Cebheinfo.az" xəbər verir ki, o, təbrikind belə deyib:
“Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu il görünməmiş mübarizə şəraitində keçən səsvermənin nəticələri sizin şəxsi şücaətinizin təcəssümü oldu. Siz bunu ilk növbədə Amerika və onun vətəndaşları adına həyata keçirdiniz. Sizə cansağlığı, Amerikanı yenidən möhtəşəm edəcək ağıllı siyasi qərarlar arzulayıram”.
Xəzər
"Cebheinfo.az"