Bu il xarici bazarlara 142 milyon dollar dəyərində pomidor ixrac olunub
Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, yanvar-oktyabr aylarında pomidor ixracatında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% artım qeydə alınıb
· Kənd təsərrüfatı dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir.
· Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir.
· 2024-cü ilin ilk 10 ayı ərzində ölkəmizdən xarici bazarlara pomidor ixracının həcmində 4,8% artım qeydə alınıb.
· Yanvar-oktyabr ayları ərzində xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118922 min ton pomidor ixrac olunub.
· İxrac olunan pomidorun dəyərində ötən illə müqayisədə 12,4 faizlik artım var.
· İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir.
· Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.