Bakı. Trend:
Bu ilin ilk 10 ayı ərzində ölkəmizdən xarici bazarlara pomidorixracının həcmində 4,8 faiz artım qeydə alınıb.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbərverir.
Məlumata görə, yanvar-oktyabr ayları ərzində xarici bazarlara141 milyon 965 min ABŞ dolları dəyərində 118,922 min ton pomidorixrac olunub.
İxrac olunan pomidorun dəyərində ötən illə müqayisədə 12,4faizlik artım qeydə alınıb.
İstixanalara marağın artması həm rəqabətədavamlı məhsulistehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyəimkan verir.
Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasənRusiya bazarlarına ixrac olunur.